Əlcəzairin şərqində 8 terrorçu məhv edilib

Əlcəzairin şərqində 8 terrorçu məhv edilib
# 27 yanvar 2018 03:51 (UTC +04:00)

Əlcəzair hərbçiləri ölkənin şərq sərhədində 8 terrorçunu zərərsizləşdirib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əlcəzair Müdafiə nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, yanvarın 27-də Əlcəzair ordusu tərəfindən Henşela əyalətinin dağlıq bölgəsində antiterror əməliyyatı həyata keçirilib.

“Nəticədə 8 terrorçu məhv edilib, çox sayda silah-sursat götürülüb. Hazırda ərazinin təmizlənməsi əməliyyatı davam etdirilir”, məlumatda deyilir. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.

Məlumatda həmçinin bildirilir ki, ölkə ərazisinə silahlıların keçməsinin qarşısını almaq üçün Tunis, Liviya və Mali ilə sərhəddə xeyli sayda qoşun hissələri yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR