AFFA-nın Nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb

AFFA-nın Nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb
# 08 yanvar 2020 10:18 (UTC +04:00)

AFFA-nın növbədənkənar Konfransı öz işinə başlayıb.

Apasport.az saytının məlumatına görə, iclasın gündəliyində duran əsas məsələ assosiasiyanın Nizamnaməsinə dəyişikliklərin edilməsidir.

Tədbiri giriş sözü ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev açıb. O bildirib ki, 2020-ci ildə futbol ictimaiyyətini yaxşı hadisələr gözləyir.

Ardınca Nizamnaməyə aşağıdakı dəyişikliklərin edilməsi müzakirəyə çıxarılıb:
1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi
2. Hüquq təqibedici orqan anlayışının daxil edilməsi
3. Müvafiq müddətlərin müəyyənləşməsi
4. AFFA İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərin sayının artırılması
5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi
6. Prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin müəyyənləşdirilməsi
7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması
8. Digər dəyişikliklər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR