Heydər Əsədov Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyasının həmsədri olub

Heydər Əsədov Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyasının həmsədri olub
# 26 sentyabr 2017 07:17 (UTC +04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.


"APA-Economics" xəbər verir ki, sərəncama əsasən, komissiyanın Azərbaycan tərəfdən həmsədri Heydər Əsədov təyin olunub.


Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.


Qeyd edək ki, dəyişikliyədək bu vəzifəni sabiq nəqliyyat naziri Ziya Məmmədov tutub.


Xatırladaq ki, prezident İlham Əliyevin müvafiq sərəncamları ilə cari ilin fevral ayında Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb, yeni yaradılan qurumun rəhbəri isə Ramin Quluzadə təyin olunub. 2003-cü ildən etibarən nəqliyyat naziri olan Ziya Məmmədov vəzifəsini itirməli olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR