Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alan var

Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alan var
# 10 iyul 2017 10:37 (UTC +04:00)

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin yeni Gəncə qəsəbəsində, 28 may küçəsində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə bir nəfərin xəsarət alaraq, xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR