Övladının müəllim tərəfindən döyüldüyünü iddia edən valideynin şikayəti əsasında məhkəmə başlayır

Övladının müəllim tərəfindən döyüldüyünü iddia edən valideynin şikayəti əsasında məhkəmə başlayır
# 26 yanvar 2018 15:05 (UTC +04:00)

Qaradağ rayonunda yaşayan Samirə Heydərovanın 106 nömrəli ora məktəbin ibtidai sinif müəllimi Tünzalə Qasımovaya qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

S. Heydərovanın vəkili Lalə Mənsurova APA-ya bildirib ki, işə Qaradağ Rayon Məhkəməsində baxılacaq.

Məhkəmənin hazırlıq iclası fevralın 7-nə təyin edilib.

Qeyd edək ki, S. Heydərova qızı, həmin məktəbin 1-ci sinif şagirdi Nihal Heydərlinin müəllim tərəfindən döyüldüyünü iddia edir. Müəllimə qarşı maddi və mənəvi ziyana görə 60 min manatlıq təzminat iddiası qaldırılıb.

T. Qasımova isə ona böhtan atıldığını iddia edərək, valideynə qarşı mənəvi zərərə görə mülki iddia qaldırıb. İşə Naxçıvan Muxtar Respublikasının Culfa Rayon Məhkəməsində baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR