Kvirikaşvili qətlə yetirilmiş yeniyetmələrin valideynləri ilə görüşməyə hazırdır

Kvirikaşvili qətlə yetirilmiş yeniyetmələrin valideynləri ilə görüşməyə hazırdır
# 04 iyun 2018 09:31 (UTC +04:00)

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ötən il Tbilisi şəhərinin Xorava küçəsində qətlə yetirilmiş iki yeniyetmənin valideynləri ilə görüşməyə hazırdır.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə hökumət administrasiyasının yaydığı bəyanatda bildirilir.

Bəyanatda hökumət başçısının valideynlərlə siyasi motivli şəxslərin iştirakı olmadan görüşməyə hazır olduğu deyilir: “Görüşdə valideynlərin istəyindən asılı olaraq, ombudsman da iştirak edə bilər”.

Qeyd edək ki, iyunun 3-də yeniyetmələrdən birinin atası Zaza Saralidze bu gün saat 14.00-da baş nazirlə görüşəcəyini bildirib. O, görüşdə siyasi partiya nümayəndələrinin də iştirak edəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR