Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar edilib

Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar edilib
# 29 may 2018 09:08 (UTC +04:00)

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz Actros" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın gödəkçəsinin ciblərində əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan külli miqdarda zərgərlik məmulatı - 64 cüt sırğa, 55 ədəd bilərzik, 8 ədəd üzük, 34 ədəd sancaq, 2 ədəd sırğa, kulon və üzük dəsti, 62 ədəd kulon və 130 ədəd boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR