Gürcüstanda meşə yanğınının miqyası genişlənib

Gürcüstanda meşə yanğınının miqyası genişlənib
# 25 dekabr 2019 09:35 (UTC +04:00)

Gürcüstanın Şida Kartli rayonunun Ormosi kəndi yaxınlığında yerləşən Ateni dərəsində meşə yanğınının miqyası genişlənib.

APA-nın yerli bürosu Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinə istinadən xəbər verir ki, mürəkkəb relyefli ərazidə başlayan yanğının lokallaşdırılması istiqamətində işlər gecə boyunca davam etdirilib. Yanğınsöndürmə işlərinə Gürcüstan Sərhəd Polisinin helikopteri də cəlb edilib. Canlı qüvvənin sayının 200 nəfərə qaldırılacağı bildirilir.

Qeyd edək ki , hazırda Gürcüstan ərazisində 10 aktiv meşə yanğını qeydə alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR