Ermənistanda baş nazirin seçiləcəyi iclasın vaxtı açıqlanıb

Ermənistanda baş nazirin seçiləcəyi iclasın vaxtı açıqlanıb
# 02 may 2018 13:47 (UTC +04:00)

Ermənistanda baş nazirin seçiləcəyi yeni tarix açıqlanıb.

APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, mayın 8-də parlamentin bununla bağlı iclası keçiriləcək. Bu barədə parlamentin sədri Ara Babloyan məlumat verib. O qeyd edib ki, baş nazirin seçkisi il bağlı xüsusi iclas yerli vaxtla saat 12:00-da başlayacaq.

Xatırladaq ki, mayın 1-də keçirilən iclasda baş naziri seçmək mümkün olmayıb. Bu vəzifəyə yeganə namizəd Nikol Paşinyan 53 səsə ehtiyac olduğu halda, 45 səs toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR