Azərbaycanda maliyyə sektoruna sərmayə qoyuluşu üç dəfədən çox artıb

Azərbaycanda maliyyə sektoruna sərmayə qoyuluşu üç dəfədən çox artıb
# 19 dekabr 2019 10:15 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə əlaqədar sahələrə 37,2 mln. sərmayə qoyulub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu fəaliyyətlə bağlı sərmayələrin həcmi 3,3 dəfə artıb.

Ölkə iqtisadiyyatına cəmi sərmayə qoyuluşunda bu kateqoriyaya sərmayələrin xüsusi çəkisi 0,1%-dən 0,3%-ə yüksəlib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 786,9 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8% az vəsait yönəldilib.

Hesabat dövründə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49,2%-i sənaye, 22,4%-i tikinti, 13%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,1%-i təhsil, 1,9%-i informasiya və rabitə, 0,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR