Mingəçevirdə balıqçı bıçaq xəsarəti alıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Günəş küçəsi, 100 a ünvanında baş verib.
Belə ki, həmin ünvandakı evdə yaşayan və balıqçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Əhmədov Ceyhun Zabitəli oğlu naməlum şəraitdə qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.