Şəkidə tövlə yanıb

Şəkidə tövlə yanıb
# 19 iyul 2017 07:51 (UTC +04:00)

Şəki sakininin 67 toyuğu yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Turan qəsəbə sakini Vidadi Əyyub oğlu Allahverdiyevin yaşadığı evin həyətyanı sahəsində ümumi sahəsi 50 kv/m olan mal tövləsində yanğın baş verib. Hadisə yerinə FHN-nin Şəki və Yevlax rayonlarının DYMH-nin texnikası və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları, çardağına yığılmış 3 ton quru ot yanıb, 67 toyuğu tələf olub. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR