Dövlət başçısı: "2004-cü ildən bu yana Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox inkişaf edib"

 Dövlət başçısı: "2004-cü ildən bu yana Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox inkişaf edib"
# 20 sentyabr 2017 16:31 (UTC +04:00)

"Azərbaycan sosial və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə edib. 2004-cü ildən bu yana Azərbaycan iqtisadiyyatlı 3 dəfədən çox inkişaf edib, 1 milyon 600 min iş yeri yaradılıb. Ölkədə işsizliyin səviyyəsi 5-6 faizdir ki, bu da dünyada ən aşağı işsizlik göstəricilərindəndir".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, əsas prioritetlərdən biri yoxsulluğun aşağı salınması olub.

"2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən yuxarı idi. İndi isə bu rəqəm 5-6 faizdir. Xarici dövlət borcu ümumi daxili məhsuldan 20 faiz aşağıdır. Davos forumuna bağlı Beynəlxalq rəqabətlilik hesabatında Azərbaycan 2016-2017-ci illərdə 136 ölkə arasında 37-ci yeri tutub", - deyə Azərbaycan prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR