® Rəsmilər CDB Bankda

<font color=red>® </font> Rəsmilər CDB Bankda
# 01 fevral 2017 12:26 (UTC +04:00)

“Caspian Development Bank (CDB)” ASC ötən il olduğu kimi, bu ili də olduqca aktiv başlayıb. Belə ki, bank əməkdaşlarının motivasiyası və maarifləndirilməsi proqramı çərçivəsində “Rəsmilər CDB Bankda” lahiyəsinə start verib. Layihənin məqsədi ondan ibarətdir ki, ölkənin tanınmış siyasi-ictimai, elm və mədəniyyət xaimləri hər ayın son Şənbə günü CDB Banka qonaq qismində dəvət olunur və bank əməkdaşları ilə “qalstuksuz” görüşlər keçirirək onlarla təcrübələrini bölüşür, bank sektorunun fəaliyyəti, inkişafı və s. mövzularda söhbətlər aparır.

Layihənin ilk qonağı Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının təsisçisi və sədri, Bariatrik Metabolik Laparoskopik Cərrah, Modern Hospitalının Baş həkimi Taryel Ömərov oldu. Qonaq hazırda insan sağlamlığında ən əsas problemlərdən birinə çevrilən “sağlam qidalanma” haqqında söhbət açdı, düzgün qidalanmama səbəbindən yaranan fəsad xəstəliklərin qarşısının alınması tədbirləri, sağlam qida və aktiv həyat tərzi, düzgün çəki, metabolizm prosesləri haqqında maarifləndirci məlumat verdi. Görüşünün sonunda xatirə şəkli çəkildi və Taryel Ömərova CDBBank-ın Visa Gold kartını hədiyyə edildi.

Qeyd edək ki, CDB Bankın fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı 1545 Məlumat Mərkəzinə zəng etməklə, www.cdbbank.az web-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn yardım" xidmətinə müraciət etməklə əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR