Məhkəmə hamilə qadını döyüb öldürən şəxsə 18 il 6 aylıq həbs cəzası verib

Məhkəmə hamilə qadını döyüb öldürən şəxsə 18 il 6 aylıq həbs cəzası verib
# 30 dekabr 2016 09:57 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Altay Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Həsənov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, avqustun 14-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Altay Həsənov evində ailə-məişət münaqişəsi zəminində qeyri-rəsmi nikahda olduğu Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib. O qadını qətlə yetirdikdən sonra, başını qırxıb və cəsədini həyətində basdırıb. Y. Novruzovanın 4 aylıq hamilə olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR