Gəncədə göldə batan uşaq xilas edilib

Gəncədə göldə batan uşaq xilas edilib
# 08 aprel 2018 11:22 (UTC +04:00)

Gəncədə göldə batan uşaq xilas edilib.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Heydər Əliyev park kompleksində yerləşən süni göldə baş verib.

Gölün kənarında oynayan 2010-cu il təvəllüdlü Səttarov Həsən Elvin oğlu ehtiyatsızlıq nəticəsində suya düşüb. Ərazidə olan polis əməkdaşları uşağı sudan çıxararaq xəstəxanaya çatdırıblar.

Tibbi yardım nəticəsində H. Səttarovun həyatını xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR