Bakıda 1-ci Neyroendokrin Törəmə Simpoziumu keçirilib

Bakıda 1-ci Neyroendokrin Törəmə Simpoziumu keçirilib
# 18 fevral 2017 13:15 (UTC +04:00)

Bu gün Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə 1-ci Neyroendokrin Törəmə Simpoziumu keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən MOM-nin baş direktorunun birinci müavini, professor Əziz Əliyev bildirib ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şərait müasir səviyyəyə çatdırılıb. Onun sözlərinə görə, Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz olunub: “Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problemi aradan götürülüb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR