Putin Kreml, FTX, MN və DİN-in vəzifəli şəxslərini işdən azad edib

Putin Kreml, FTX, MN və DİN-in vəzifəli şəxslərini işdən azad edib
# 28 noyabr 2016 09:49 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Prezidentin İşlər İdarəsi, Federal Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər Nazirliyinin bəzi rəhbər şəxslərini vəzifələrindən azad edib.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Ümumilikdə 4 nəfər vəzifədən uzaqlaşdırılıb. Bunlar Federal Təhlükəsizlik Xidmətinin qeydiyyat və arxiv fondu idarəsinin rəhbəri Vasili Xristoforov, Prezidentin İşlər İdarəsinin rəhbər müavini Konstantin Kotenko, Müdafiə Nazirliyinin hərbi-tibbi idarəsinin rəisi Aleksandr Fisun və daxili işlər nazirinin müavini, istintaq departamentinin rəisi Aleksandr Savenkodur.

Bildirilir ki, yaş həddi ilə əlaqədar vəzifədən azad olunan V. Xristoforov istisna olmaqla, digər 3 nəfər öz istəyi ilə istefaya çıxıb. Kadr islahatları həmin şəxslərin Rusiya Elmlər Akademiyasına üzv seçilmələri ilə bağlıdır. Xatırladaq ki, noyabrın 23-də V. Putin Elm və Təhsil Şurasının yığıncağında bəzi yüksək vəzifəli dövlət məmurlarının Rusiya Elmlər Akademiyasına üzv olduqlarını öyrənib. O deyib ki, həmin şəxslərin elmlə məşğul olmasına şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR