Penitensiar xidmətinin əməkdaşları üçün seminar-treninqlər keçirilir

Penitensiar xidmətinin əməkdaşları üçün seminar-treninqlər keçirilir
# 11 sentyabr 2015 12:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qlobal Fondun 9-cu Raund İİV/QİÇS layihəsi çərçivəsində “Zərərin azaldılması” proqramının bir sıra komponentlərinin (maarifləndirici işin aparılması, qoruyucu vasitələrin paylanması, psixoloji yardımın göstərilməsi və s.) həbs yerlərində tətbiqi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları üçün seminar-treninqlər keçirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, seminarlar sentyabrın 16-dək davam edəcək.

Penitensiar xidmətin Baş idarəsini, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının orta və kiçik rəis heyətlərini təmsil edən əməkdaşların iştirak etdikləri təlimlər Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin dəstəyi ilə Moldovadan dəvət edilmiş beynəlxalq ekspert Larisa Pintiley tərəfindən aparılır. Proqramın əsas məqsədi xüsusi kontingent arasında yoluxma riski yüksək olan İİV və qanla ötürülən digər virusların yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir.

2011-1014-cü illər ərzində bu məqsədlə Penitensiar xidmətin 280 əməkdaşı üçün xüsusi dəvət olunmuş beynəlxalq ekspertlərin iştirakı ilə 14 təlim kursu keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR