Nazir: “Bakı Şhopping Festivalı” çərçivəsində indiyə qədər 350 min manatdan çox vəsait geri qaytarılıb

Nazir: “Bakı Şhopping Festivalı” çərçivəsində indiyə qədər 350 min manatdan çox vəsait geri qaytarılıb
# 18 aprel 2017 15:04 (UTC +04:00)

“Bakı Şhopping Festivalı” çərçivəsində aprelin 10-dan indiyə qədər 350 min manatdan çox vəsait Vergilər Nazirliyi tərəfindən geri qaytarılıb.

APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazirin sözlərinə görə, “Bakı Şhopping Festivalı” çərçivəsində alışın 10%-i geri qaytarılıb. “Ümumi dövriyyədə olan alış prosesi təxminən 3,5 milyon manat artıb. Digər dövrlərlə müqayisədə bu göstərici ümidvericidir. Hər hansı çətinliklər mövcud olduğu zaman bank mütəxəssisləri, eyni zamanda Vergilər Nazirliyinin əməkdaşları çevik şəkildə çox peşəkarlıqla bu çətinliyi həll edirlər. Hələlik festivala marağın artdığını görürük. Festivalın keçirilməsi üçün 2 ay müddətində hazırlıq işləri görmüşük. Ciddi təbliğat və reklam edilməyib. Hesab edirəm ki, bu, onu sübut edir ki, festival öz-özlüyündə maraq kəsb edib", - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR