İranda ötən sutka ərzində 213 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 123 081 nəfərə yüksəlib.
Ötən sutka ərzində İranda daha 13 391 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5 729 785 nəfərə çatıb.