İtaliya prezidenti: "Qlobal Bakı Forumu qarşılıqlı anlaşma üçün yaxşı platformadır"

İtaliya prezidenti: "Qlobal Bakı Forumu qarşılıqlı anlaşma üçün yaxşı platformadır"
# 15 mart 2018 07:57 (UTC +04:00)

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində İtaliya prezidenti Sercio Matarellanın müraciəti oxunub.

APA-nın məlumatına görə, İtaliya prezidenti müraciətində bildirib ki, VI Qlobal Bakı Forumunda cəmiyyətlərin daha demokratik inkişafı ilə bağlı təkliflərin veriləcəyinə inanır.

S. Matarella qeyd edib ki, dünyada sülh və stabilliyin təmin olunması vacibdir: “Bunun üçün qeyri-tolerantlığın və ekstremizmin qarşısı alınmalıdır. Ekstremizm və terrorizm bizi təhlükə qarşısında qoyur. Bunun üçün qarşılıqlı anlaşma və dialoqu təşviq etməliyik. Qlobal Bakı Forumu qarşılıqlı anlaşma əldə edilməsi üçün yaxşı platformadır. Mən VI Qlobal Bakı Forumunun bütün iştirakçılarını təbrik edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR