Qabardin-Balkarda xüsusi əməliyyat zamanı üç silahlı öldürülüb

Qabardin-Balkarda xüsusi əməliyyat zamanı üç silahlı öldürülüb
# 13 oktyabr 2016 23:18 (UTC +04:00)

Bakı-APA. Rusiya Federasiyası Qabardin-Balkar Respublikasında xüsusi əməliyyat zamanı polis əməkdaşlarının qətli ilə əlaqəli hesab edilən üç silahlı öldürülüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Antiterror Komitəsinin məlumatında bildirilir. Məlumata görə, öldürülənlər arasında qruplaşmanın başçısı da var.

Antiterror əməliyyatı rejimi respublikanın Çegem rayonu ərazisində tətbiq edilib. Yanikoy yaşayış məntəqəsi yaxınlığında aşkarlanan silahlılar xüsusi təyinatlılara atəş açıblar. Cavab atəşi ilə silahlılar məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR