Bu il Azərbaycan buğda idxalını 22%-ə yaxın artırıb

Bu il Azərbaycan buğda idxalını 22%-ə yaxın artırıb
# 12 iyul 2018 12:07 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 94 mln. 841,17 min dollar dəyərində 538 min 781,21 ton buğda idxal edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 96 min 695,86 ton və ya 21,87% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 11 mln. 672,18 min dollar və ya 14,03% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 83 mln. 168,99 min dollar dəyərində 442 min 085,35 ton buğda idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2,04%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR