QHT rəhbərləri Gəncə hadisələri ilə bağlı dəyirmi masa keçirib

QHT rəhbərləri Gəncə hadisələri ilə bağlı dəyirmi masa keçirib
# 17 iyul 2018 13:07 (UTC +04:00)

Bu gün Milli QHT Forumu və Beynəlxalq Diaspora Mərkəzinin təşkilatçılığı ilə Gəncə hadisələri ilə əlaqədar dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə QHT rəhbərləri, QHT fəalları iştirak ediblər.

Bir beçə gün əvvəl Gəncədə iki yüksək rütbəli polis zabitinin şəhid olduğunu xatırladan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev bildirib ki, bir qrup radikal fikirli şəxs Azərbaycanda çaxnaşma yaratmaq niyyətindədir: “Azərbaycana çirkin əllər uzadılıb. QHT-lər bu çirkin hadisələrə etirazımızı bildiririk. Biz ölkə başçısının, Azərbaycan dövlətinin yanında olduğumuzu bəyan edirik”.

Azərbaycan-Çexiya dostluq cəmiyyətinin sədri Azər Kərimov qeyd edib ki, Azərbaycan dövlətinin yüksək imicinin formalaşdığı ərəfədə Gəncədə yaşanan təxribat təsadüfi deyil: “Biz Avropada yaşayan azərbaycanlılar bu hadisədən xəbər tutan zaman çox məyus olduq. Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələr ölkədə qarşıdurma yaratmaq istəyirlər. Lakin, onlar öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Azərbaycan 90-cı illərin əvvəlindəki Azərbaycan deyil. Azərbaycan indi qüdrətli ölkədir”.

Tədbirdə çıxış edən digər QHT rəhbərləri də Gəncədə baş verənləri pisləyərək, ölkədə bir qrup şəxsin təxribat törətməsindən narahatlıqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR