Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 10 may 2018 10:35 (UTC +04:00)

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düz Cırdaxan kəndinə gedən yolda “VAZ 2106” və “VAZ 2107” markalı iki avtomobilin toqquşması nəticəsində rayonun Cəlilli kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov Azəddin və Düz Cırdaxan kənd sakini Bağırov Nizaməddin xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib və ambulator müayinəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR