Təhsil İnstitutu: Azərbaycanlı şagirdlər 15-dən çox beynəlxalq olimpiadada iştirak edirlər

Təhsil İnstitutu: Azərbaycanlı şagirdlər 15-dən çox beynəlxalq olimpiadada iştirak edirlər
# 17 dekabr 2019 17:17 (UTC +04:00)

"Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında əsasən riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə iştirak edirlər".

APA-nın məlumatına görə, bunu Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan məktəbliləri demək olar ki, müstəqillik tariximizdən başlayaraq bu olimpiadalarda iştirak edirlər: "Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Azərbaycan şagirdləri 15-dən çox beynəlxalq olimpiadada iştirak edir. Bu olimpiadaların qalibləri Azərbaycanda ali məktəblərə müsabiqədənkənar qəbul ola bilirlər. Azərbaycanda beynəlxalq olimpiadalara hazırlıq üçün məktəblərdə beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Bu gün həmin mərkəzlərdə 300-dən çox şagird məktəbdən kənar dərslərdə iştirak edir. Bu mərkəzlərdə yerli və xaricdən dəvət olunmuş professorlar şagirdlərə dərs keçirlər".

F.Qarayev qeyd edib ki, Azərbaycanda fizika, riyaziyyat, kimya, informatika, tarix, Azərbaycan dili, ədəbiyyatı, coğrafiya olmaqla ümumilikdə 8 fənn üzrə respublika fənn olimpiadaları keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR