Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 23,1 mln. kubmetr qaz ötürülüb

Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 23,1 mln. kubmetr qaz ötürülüb
# 17 may 2018 10:56 (UTC +04:00)

Bu ilin birinci rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü təqribən 23,1 mln. kubmetr qaz olub.

Cənubi Qafqaz Boru Kəmərinin operatorların biri olan “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%)

Bu ilin 1-ci rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 8 milyon dollar əməliyyat xərcləri və 165 milyon dollar əsaslı xərclər sərf edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR