Azərbaycanda heyvan dişləmələrinin daha çox qeydə alındığı rayonların siyahısı açıqlanıb

Azərbaycanda heyvan dişləmələrinin daha çox qeydə alındığı rayonların siyahısı açıqlanıb
# 03 iyul 2013 14:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi Azərbaycanda heyvan dişləmələrinin daha çox qeydə alındığı rayonların adlarını açıqlanıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva APA-ya açıqlamasında deyib ki, ən çox heyvan dişləmələri Bakının 11 rayonundan 3-də - Sabunçu, Xəzər Suraxanı rayonlarında qeydə alınıb. Respublika üzrə isə dişləmələr daha çox Ağdaş, Şəmkir, Sumqayıt şəhərlərində, Sabirabad, Xaçmaz, Masallı rayonlarında müşahidə olunub.

Qeyd edək ki, bu ilin 5 ayı ərzində Azərbaycanda 6659 heyvan dişləməsi faktı qeydə alınıb. Bundan 5823-ü it dişləməsi, 425-i pişik, 258-i siçovul, 153-ü isə başqa heyvan dişləməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR