AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda gənc alimlərlə görüş keçirilib

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda gənc alimlərlə görüş keçirilib
# 23 aprel 2014 22:17 (UTC +04:00)

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, gənc alimlərin mövcud problemlərini, təklif və iradlarını dinləmək məqsədi ilə təşkil olunan görüşü giriş sözü ilə İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru Ilham Məmmədzadə açıb. O, 2013-cü il ərzində gənc alimlərin fəaliyyəti, gələcək perspektivləri və planları barədə məlumat verib. İlham Məmmədzadə hazırda tədqiqatçıların diskussiya xarakterli, yeni mövzular üzərində araşdırma aparmasına ehtiyac olduğunu vurğulayıb.

Elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayeva çıxışında gənclərlə bağlı fəaliyyət çərçivəsində institutun gənc tədqiqatçılarının elektron ünvan bazası, analitik informasiya sistemi, dövlət proqramları və gənclərlə bağlı sənədlərin icrası, onların uğurları, beynəlxalq konfranslarda iştirakı məsələlərinə toxunub.

Görüşdə gənc alimlərin üzərinə düşən vəzifələrdən söhbət açılıb, suallar ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR