BAXCP Goranboy rayon təşkilatı üzvlərinin partiyanı tərk etməsi xəbəri təkzib olunub

BAXCP Goranboy rayon təşkilatı üzvlərinin partiyanı tərk etməsi xəbəri təkzib olunub
# 16 mart 2013 09:56 (UTC +04:00)

Bakı-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Baş katibi Söhrab Abdullayev BAXCP Goranboy rayon təşkilatının sədri Maşallah Abdullayevin və rayon təşkilatının digər üzvlərinin partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. APA-nın məlumatına görə, Söhrab Abdullayev bildirib ki, Maşallah Abdullayevin partiyadan getməsi və «El» hərəkatına qoşulması ilə bağlı məsələ BAXCP İdarə Heyətinin martın 18-də keçiriləcək növbəti iclasında rəsmiləşdiriləcək: «Maşallah Abdullayevlə yanaşı BAXCP Goranboy təşkilatının digər üzvlərinin də partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlar doğru deyil. Maşallah Abdullayevə isə uğurlar arzılayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR