AZAL Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı təxirə salınan aviareysləri açıqlayıb

AZAL Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı təxirə salınan aviareysləri açıqlayıb
# 16 iyul 2016 09:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı təxirə salınan aviareysləri açıqlayıb.

Bu barədə “APA-Economics”ə AZAL-dan məlumat verilib.

“Ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq AZAL-ın aşağıdakı reysləri təxirə salınıb:

J2-8103 (06:45) Bakı-İstanbul

J2-8075 (08:45) Bakı-İstanbul

J2-8003 (09:10) Bakı-Ankara

"Bu reyslərə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər”, - deyə məlumatda bildirilir.

Bundan başqa, Türkiyə kurortlarına AZAL reyslərinin heç bir dəyişiklik olmadan cədvələ uyğun olaraq yerinə yetirildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR