Bank Of Baku

Maradona “Əl-Füceyrə”nin baş məşqçisi postundan istefa verib

Maradona “Əl-Füceyrə”nin baş məşqçisi postundan istefa verib
# 28 aprel 2018 02:14 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Füceyrə” futbol komandasının baş məşqçisi, dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona istefaya getdiyini elan edib.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, buna səbəb argentinalı mütəxəssisin rəhbərliyi altında komandanın uğursuz çıxış etməsi olub.

 

BƏƏ çempionatının ikinci divizionunda çıxış edən “Əl-Füceyrə” yüksək liqaya vəsiqə qazana bilməyib.

 

Qeyd edək ki, Maradona 2017-ci ilin mayında baş məşqçi vəzifəsinə təyin edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR