“Azərbaycan ailəsi” film festivalı keçirilir

“Azərbaycan ailəsi” film festivalı keçirilir
# 18 fevral 2013 16:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkədə “Azərbaycan ailəsi” filmlər festivalı keçirilir. APA-nın xəbərinə görə, festival Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində təşkil olunub.

İctimaiyyətin tanınmış nümayəndələrindən ibarət münsiflər heyəti təşkilat komitəsinə təqdim olunan materiallarla bağlı 4 (ən yaxşı film, ən yaxşı xarici film, ən yaxşı TV verilişi və ən yaxşı sosial çarx) nominasiya üzrə öz seçimlərini aparacaq və festivalda qalib gələnləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Dörd ay davam edəcək “Azərbaycan ailəsi” filmlər festivalının 5 illik yubiley mərasimi may ayında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR