Türkdilli ölkələrin Tələbə Məclisi və təhsil nazirlərindən ibarət Elm İcra Heyəti yaradılıb

Türkdilli ölkələrin Tələbə Məclisi və təhsil nazirlərindən ibarət Elm İcra Heyəti yaradılıb
# 29 noyabr 2014 10:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Türkdilli ölkələr tələbə və müəllim mübadiləsi ilə bağlı mühüm qərarlar qəbul edib.

APA-nın xəbərinə görə, Türkiyənin təhsil naziri Nabi Avcı keçirdiyi mətbuat konfransında deyib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə qəbul edilən qərara əsasən, yaxın gələcəkdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan arasında tələbə və müəllim mübadilələri proqramları qüvvəyə minəcək.

Bundan əlavə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Tələbə Məclisinin yaradılmasının təsdiq olunduğunu deyən N.Avcı təhsil nazirlərindən ibarət Elm İcra Heyətinin də yaradılmasına qərar verildiyini açıqlayıb: “Bu heyət Türk Akademiyasına elmi fəaliyyətlərində məntiqi dəstək verəcək, universitetlər arasında ekvivalenti problemlərini və əməkdaşlığı inkişaf etdirəcək. İclasda həmçinin çox müsbət nəticələr doğuracağına inandığımız qərarlar qəbul edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR