Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirlib

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirlib
# 26 fevral 2015 23:38 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, turun açılış matçları Rusiyada başlayıb.

Belə ki, Moskva “Dinamo”su ilk görüşdə qolsuz bərabərliyə qaldığı Belçika təmsilçisi “Anderlext”i, “Zenit” minimal hesabla qalib gəldiyi Hollandiya PSV-sini qəbul edib. Paytaxt klubu 3:1, Sankt-Peterburq təmsilçisi isə 3 cavabsız topla rəqibini məğlub edərək, növbəti mərhələyə adlayıb.

Qardaş ölkə Türkiyənin turnirdə mübarizə apardığı klublarından “Beşiktaş” evdə “Liverpul”u sınağa çəkib. “Qara qartallar” İngiltərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Oyunun əsas vaxtı 1:0 hesabı ilə istanbulluların xeyrinə başa çatıb. əlavə edilmiş 30 dəqəqədə isə qapılara qol vurulmadığından qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada isə “Beşiktaş” daha dəqiq oynayaraq (5:4), adını 1/8 finala yazdırıb.

“Trabzonspor” isə Neapolda “Napoli”nin qonağı olub. Qara dəniz klubu ilk matçda 0:4 hesabı ilə uduzduqları rəqibi ilə ən azından heç-heçə etmək niyyətində idi. Lakin İtaliya təmsilçisinə məğlub olan trabzonlular turnirlə vidalaşıb - 1:0.

Avropa Liqası

1/16 final, cavab oyunlar

26 fevral

“Dinamo” M (Rusiya) - “Anderlext” (Belçika) - 3:1

Qollar: Kozlov, 47, Yusupov, 64, Kuranyi, 90+5 - Mitroviç, 29

İlk oyun - 0:0

“Zenit” (Rusiya) - PSV (Hollandiya) - 3:0

Qollar: Rondon, 29: 67, Hulk, 47

İlk oyun - 1:0

“Beşiktaş” (Türkiyə) - “Liverpul” (İngiltərə) - 1:0 (pen - 5:4)

Qol: Arslan, 72

İlk oyun - 0:1

“Dinamo” K (Ukrayna) - "Genqam" (Fransa) - 3:1

Qollar: Teodorszyk, 31, Buyalskyy, 46, Qusev, 75-pen - Mandanne, 68

İlk oyun – 1:2

“Fiorentina” (İtaliya) - “Tottenhem” (İngiltərə) - 2:0

Qollar: Qomes, 54, Salah, 71

İlk oyun - 1:1

“İnter” (İtaliya) - “Seltik” (Şotlandiya) - 1:0

Qol: Quarin, 88

İlk oyun - 3:3

“Legiya” (Polşa) - “Ayaks” (Hollandiya) - 0:3

Qollar: Milik, 11; 43, Serero, 13

İlk oyun – 0:1

“Borussiya” M (Almaniya) - “Sevilya” (İspaniya) - 2:3

Qollar: Xaka, 19, Hazard , 60 - Stransl, 8-avtoqol, Vitolo, 26; 79

İlk oyun – 0:1

"Zalsburq" (Avstriya) - “Vilyarreal” (İspaniya) - 1:3

Qollar: Dyuriçin, 18 - Vietto, 33; 76, dos Santos, 79

İlk oyun – 1:2

“Atletik” (İspaniya) - “Torino” (İtaliya) - 2:3

Qollar: İraola, 44, de Markos, 61- Quaqlyarella, 16-pen, Lopes, 45+3, Darmian, 67

İlk oyun – 2:2

“Brügge” (Belçika) - "Olborq" (Danimarka) - 3:0

Qollar: Vazqyes, 11, Oulare, 64, Bolinqoli-Mbombo, 74

İlk oyun – 3:1

“Everton” (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 3:1

Qollar: Lukaku, 25-pen; 30, Mirallas, 42 - Sanoqo, 13

İlk oyun – 4:1

“Feyenoord” (Hollandiya) - “Roma” (İtaliya) - 1:2

Qollar: Manu, 57 - Lyayiç, 45+2, Cervinyo, 60

İlk oyun – 1:1

“Napoli” (İtaliya) - "Trabzonspor” (Türkiyə) - 1:0

Qol: de Quzman, 19

İlk oyun – 4:0

“Olimpiakos” (Yunanıstan) - “Dnepr” (Ukrayna) - 2:2

Qollar: Mitroğlou, 14, Dominqes , 90-pen - Fedeski, 23, Kaliniç, 90+2

İlk oyun – 0:2

“Sportinq” (Portuqaliya) - "Volfsburq" (Almaniya) - 0:0

İlk oyun – 0:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR