Maliyyə Nazirliyi siyasi partiyalarda mühasibat uçotu ilə bağlı seminarlar keçirir

Maliyyə Nazirliyi siyasi partiyalarda mühasibat uçotu ilə bağlı seminarlar keçirir
# 01 fevral 2013 09:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə sözügedən təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün seminarların keçirilməsinə başlanılır.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı seminar praktikumlar fevralın 13-15-də, 19-21-də və 25-27-də təşkil ediləcək. Seminarlarda «Siyasi partiyalarda maliyyə hesabatlarının tərtibi üzrə konseptual əsaslar» və «Siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi» mövzularu üzrə təlimlər keçiriləcək.

Qeyd edək ki, «Mühasibat uçotu haqqında» qanuna uyğun olaraq siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR