Ötən il təhsilə ayrılan büdcə vəsaitlərinin həcmi 2010-cu illə müqayisədə 87,7 milyon manat artaraq 1,3 milyard manat təşkil edib

Ötən il  təhsilə ayrılan büdcə vəsaitlərinin həcmi 2010-cu illə müqayisədə 87,7 milyon manat artaraq 1,3 milyard manat təşkil edib
# 07 mart 2012 13:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. 2011-ci ildə Azərbaycanın təhsil sisteminin fəaliyyətinin tənzimlənməsi, “Təhsil haqqında” qanuna əsasən və onun tətbiq edilməsi barədə prezidentin müvafiq fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 29 qərar və sərəncamı qəbul edilib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ilə dair hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, ötən il təhsilə ayrılan büdcə vəsaitlərinin həcmi 2010-cu illə müqayisədə 87,7 milyon manat artaraq 1,3 milyard manat təşkil edib. Ümumilikdə 2003-cü illə müqayisədə təhsilə ayrılan ümumi xərclər 2011-ci ildə 5,4 dəfə artıb, dövlət investisiya xərclərinin həcmi 2003-cü ildəki 5 milyon manatdan 275 milyon manata çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR