Bu ayın sonuna kimi BMT-nin missiyası tam tərkibdə Suriyada yerləşdiriləcək

Bu ayın sonuna kimi BMT-nin missiyası tam tərkibdə Suriyada yerləşdiriləcək
# 01 may 2012 23:58 (UTC +04:00)
Bakı-APA. Mayın sonuna kimi BMT-nin Suriyadakı hərbi müşahidəçilərinin sayı 300-ə çatdırılacaq.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə BMT-nin Baş Katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Erve Ladsus deyib. O bildirib ki, hal hazırda BMT-nin 24 hərbi müşahidəçisi Suriyada atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Müşahidəçilərin sayının az olmasına baxmayaraq onların ölkədə olması Suriyadakı münaqişə zonalarında zorakılığın azalmasına səbəb olub.
Ladsus qeyd edib ki, yaxın vaxtlarda rəsmi Dəməşqlə BMT müşahidəçilərinin vertolyot və təyyarələrdən istifadə etməsinin şərtləri müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR