Lerikdə oğurluqda şübhəli bilinən telekommunikasiya qovşağının əməkdaşları saxlanılıb

Lerikdə oğurluqda şübhəli bilinən telekommunikasiya qovşağının əməkdaşları saxlanılıb
# 11 avqust 2012 11:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Lerikdə oğurluqda şübhəli bilinən telekommunikasiya qovşağının əməkdaşları saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən məlumatına görə, avqustun 9-da Lerik rayonunun Veri-Əliabad kənd sakinləri polisə zəng edərək, kəndin ərazisindən keçən rabitə kabelinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanması barədə məlumat veriblər. Araşdırmalar zamanı Lerik rayon Telekommunikasiya qovşağının Babaküçə kənd EATS-də işləyən Azad Kazımov və Fəyyaz Məhərrəmov tərəfindən Veri-Əliabad kənd EATS-nə gedən istifadə olunmayan kabelin 600 metrlik hissəsinin kəsilərək oğurlanması müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR