Ötən il Azərbaycanda saxlama müddəti ötmüş 168 ton ərzaq və 1 tondan çox qeyri-ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Ötən il Azərbaycanda saxlama müddəti ötmüş 168 ton ərzaq və 1 tondan çox qeyri-ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 15 mart 2012 09:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Ötən il Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış nəzarət tədbirləri nəticəsində 1 494 təsərrüfat subyekti tərəfindən saxlama müddəti ötmüş 168 ton ərzaq və 1 tondan çox qeyri-ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.

Onun sözlərinə görə, ötən ildə qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə 1,278 mln. manat inzibati cərimə tətbiq olunub. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verən təsərrüfat subyektlərinə 307 min manat həcmində maliyyə sanksiyası tətbiq olunub.

Z.İsayev bildirib ki, Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi sahəsində bir neçə işlər də görüb. Belə ki, 2011-ci il ərzində 13 adda 160 min ədəd müxtəlif bukletlər hazırlanaq istehlakçılara paylanıb, eyni zamanda maarifləndirmə sahəsində regionlarda 13 konfrans keçirilib.

Xidmət rəhbərinin sözlərinə görə, istehlakçıların dövlət xidmətinə etdiyi müraciətlərin sayı 2010-cu illə müqayisədə 2011-ci ildə təxminən 80% artaraq 1600 olub. İstehlakçılar tərəfindən edilən şikayətlər daha çox alınmış malların geri qaytarılmaması və satılan malların keyfiyyətinin aşağı olması ilə bağlı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR