Norveçin “Eurovision təmsilçisi: “Ümid edirəm ki, müsabiqə Loren və mənə istədiyimiz uğuru gətirəcək” - FOTO

Norveçin “Eurovision təmsilçisi: “Ümid edirəm ki, müsabiqə Loren və mənə  istədiyimiz uğuru gətirəcək” - <font color=red>FOTO</font>
# 23 may 2012 10:09 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Bu müsabiqə hamımız üçün bir musiqi bayramdır. Hamı burada özünü və ölkəsini yüksək şəkildə təmsil etmək istəyir. O cümlədən mən də çalışacağam ki, bu qalibiyyəti yenidən ölkəmə aparım”. Bunu APA-ya açıqlamasında Norveçin “Eurovision 2012” mahnı müsabiqəsindəki təmsilçisi Touraj Keshtkar (Tooji) deyib. Tooji artıq tam şəkildə müsabiqəyə hazır olduğunu və yüksək səhnə performansı göstərə biləcəyinə əmin olduğunu söyləyib. Norveç təmsilçisi builki müsabiqədə özünə rəqiblər gördüyünü gizlətməyib. Tooji müsabiqənin favoritlərindən biri olan və onunla birlikdə eyni yarımfinalda mübarizə aparacaq İsveç təmsilçisi Loreeni özünə rəqib gördüyünü söyləyir: “Mən Loreni hələ “Melodifestival”dan tanıyıram. O, çox istedadlı və güclü səsə malik bir xanımdır. Hələ bu müsabiqəyə qatılmamışdan öncə də mən bu yarışmada Lorenlə finalda yarışmağı arzulamışam. Biz onunla çox yaxşı münasibətdəyik. Bacı və qardaş kimi mehribanıq. Ümid edirəm ki, bu müsabiqə hər ikimizə istədiyimiz uğuru gətirəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR