Bakının “İnter” klubunun adı rüşvət qalmaqalında hallanır

Bakının “İnter” klubunun adı rüşvət qalmaqalında hallanır
# 30 iyul 2008 15:53 (UTC +04:00)
İ.Qataullin bildirib ki, 2006-cı ilin yayında “İnter” Mixail və Vladimir Makovski qardaşlarını transferə çıxararkən, onların bir illik əməkhaqqını verməyib. Bu səbəbdən Makovski qardaşları O.Peçernıya müraciət etməklə yanaşı, “İnter”i məhkəməyə veriblər. FİFA-nın mübahisəli məsələlərin həlli üzrə palatası iddianı təmin edərək, klubun hər bir futbolçuya 502 min ABŞ dolları ödəməli olduğu haqda qərar çıxarıb. Lakin futbolçuların maraqlarını qoruyan O.Peçernı belaruslu oyunçuların hüquqlarını ona etibar etməsi haqda sənəddən yararlanaraq, Makovskilərin adından “İnter”lə “sülh sazişi” imzalayıb. İ.Qataullinin fikrincə, bu zaman O.Peçernı Azərbaycan klubundan rüşvət alıb: “Güman ki, Makovski qardaşlarının bundan xəbəri olmayıb. Ona görə də hazırda bu məsələni araşdırmağa çalışıram. Çünki yeni məqamlar üzə çıxıb. Məncə, “İnter” Peçernıya verdiyi rüşvəti yox, FİFA-nın çıxardığı qərarda göstərilən 1 milyondan çox pulu futbolçulara ödəməli olacaq”.
Məsələ ilə bağlı açıqlama verən M.Makovski də İ.Qataullinin dediklərini təsdiqləyib: “Məhkəmədə “İnter”i udsaq da, tezliklə bakılılar bizə ödəməli olduğu vəsaitin bir hissəsini O.Peçernıya verərək, məsələni ört-basdır etdiyi haqda şayiələr yaymağa başladılar. Bundan sonra yenidən FİFProya müraciət etməli olduq. Müraciətdə gözümüzlə görmədiyimiz vəsaiti aldığımız haqda sənədə öz əvəzimizə imza atmağa heç kimi səlahiyyətləndirmədiyimizi yazmışıq”.
“İnter” klubunun bolqarıstanlı prezidenti Georgi Nikolov isə Makovski qardaşlarının hər birinin onlardan 502 min dollar tələb etdiyini təsdiqləsə də, O.Peçernıya rüşvət verdikləri haqda iddiaları qətiyyətlə təkzib edib: “Mən Peçernını nə şəxsən tanıyıram, nə də onunla telefon söhbətim olub. Bu səbəbdən ona rüşvət verməyimiz ağlabatan deyil. Ümumiyyətlə, rüşvət verməyimiz absurddur. Əslində, heç Makovski qardaşları ilə də tanışlığım yox idi. 2006-cı ilin yayında kluba prezident seçildiyim vaxt bu mübahisəli məsələ ortaya çıxmışdı. Peçernı futbolçuların hüquqlarını müdafiə edən şəxs kimi məhkəmə prosesində qalib gəlmişdi. Lakin sonradan biz İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə müraciət edərək, yeni sübutlar təqdim etdikdən sonra vəziyyət bizim xeyrimizə dəyişdi. Bu məsələdə bizə vəkil tutduğum həmyerlim İvo İvkovun böyük köməyi dəydi. Nəticədə qarşı tərəf öz iddiasından əl çəkdi və biz onlarla “barışdırıcı saziş” imzaladıq. Qataullinin iddialarına gəldikdə, yalnız onu deyə bilərəm ki, Ukraynada futbolçuların mübahisəli məsələlərinə mənfəət qazanmaq niyyəti ilə yanaşanlar var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR