Benita Ferrero-Valdner: “Avropa İttifaqı Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir”
02 sentyabr 2008 16:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Gürcüstan, Ukrayna və Moldova ərazi bütövlüyü məsələsində Avropa İttifaqının dəstəyinə güvənə bilər”. APA-nın məlumatına görə, bu fikirləri Avropa İttifaqının xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Benita Ferrero-Valdner Avropa Parlamentində çıxışında deyib. O bəyan edib ki, Şərqi Tərəfdaşlıq və Avropa Qonşuluq Siyasəti Avropa İttifaqının regionda qanuni maraqları olduğunu nümayiş etdirir: “Bu siyasət onu göstərir ki, biz Avropada yeni ayırıcı xətlərlə razılaşmayacağıq. Bizim Gürcüstan, Ukrayna və Moldova kimi tərəfdaşlarımız özlərinin ərazi bütövlüyü və suverenitetləri məsələsində bizim dəstəyimizə güvənə bilərlər”. O həmçinin bəyan edib ki, Avropa Komissiyası Şərqi Tərəfdaşlığın inkişafına dair təkliflər üzərində işi sürətləndirməyə hazırdır.
Göründüyü kimi, Xanım Benita Ferrero-Valdner Avropa İttifaqı tərəfindən ərazi bütövlüyü dəstəklənən ölkələr arasında Azərbaycanın adını çəkməyib. Bu məsələyə münasibət bildirən Avropa İttifaqı Avropa Komissiyasının Azərbaycan nümayəndəliyindən APA-ya bildirilib ki, bu qurum Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Komissar Ferrero-Valdnerin sözçüsü Kristian Xomann APA-ya bildirib ki, komissar bu sözləri Gürcüstanda yaranmış vəziyyətlə bağlı müzakirələr zamanı bildirib və bəyanatın Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur. Xanım Xomann həmçinin bəyan edib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini diqqətlə izləyir.

Xarici siyasət
Macarıstan parlamentinin sədr müavini Azərbaycana gələcək
14:15
21 may 2024
Azərbaycan MM İran Prezidenti və digər həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib
13:09
21 may 2024
Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq
12:37
21 may 2024
Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb
11:10
21 may 2024