Hindistanda zəvvarları aparan maşın qəzaya uğrayıb, çoxlu sayda ölən və yaralanan var

Hindistanda zəvvarları aparan maşın qəzaya uğrayıb, çoxlu sayda ölən və yaralanan var
# 31 mart 2009 11:53 (UTC +04:00)
Dehli-APA. Hindistanın Pəncab vilayətində içərisində zəvvarlar olan yük maşını qəzaya uğrayıb. APA-nın məlumatına görə, qəza nəticəsində 23 nəfər ölüb, 70 nəfər yaralanıb. Ölənlər arasında 6 qadın və 2 uşaq da var. Polis qəzanın sürücünün günahından baş verdiyini bildirir. Ümumilikdə maşında 97 nəfər olub. Zəvvarlar hind məbədini ziyarətdən qayıdan zaman qəzaya uğrayıblar. Hindistanda çoxsaylı insan ölümü ilə nəticələnən yol qəzaları tez-tez baş verir. Təkcə 2007-ci ildə Assam vilayətində baş verən 5 min yol qəzasında 1,600 nəfər ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR