Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Litvada səfərdə olacaq

Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Litvada səfərdə olacaq
# 14 may 2009 08:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 14-dən 16-dək Litvada rəsmi səfərdə olacaq. APA-nın xəbərinə görə, bu barədə parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, nümayəndə heyətinə millət vəkilləri Musa Quliyev, Əhməd Vəliyev, MM aparatının rəhbəri Səfa Mirzəyev və digər şəxslər daxildir.
Səfər zamanı nümayəndə heyətinin üzvlər Litva Seyminin fəaliyyəti ilə yaxından tanış olacaqlar. O. Əsədovun Seymin spikeri Arunas Valinskasla keçirəcəyi görüşdə parlamentlərarası əlaqələr, bu sahədə əməkdaşlıq və qanunverici orqanların dostluq qrupların fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq.
O. Əsədovun Litva prezidenti Valdas Adamkus, baş nazier Andreus Kubiliusla da görüşləri nəzərdə tutulub. Səfər zamanı nümayəndə heyətinin üzvləri Azərbaycanın Litvadakı səfirliyində olacaq, ölkədəki Azərbaycan diasporunun fəaliyyəti ilə yaxından maraqlanacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR