Bakıda «Uşaqlıq dövrünün texnologiyaları» adlı xeyriyyə aksiyası keçiriləcək

Bakıda «Uşaqlıq dövrünün texnologiyaları» adlı xeyriyyə aksiyası keçiriləcək
# 22 oktyabr 2009 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabrın 24-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda Mərkəzi Nəbatat Bağında uşaq oyun meydançasının inşasına həsr edilmiş «Uşaqlıq dövrünün texnologiyaları» adlı xeyriyyə aksiyası keçiriləcək.

«İteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, aksiya «BakuTel» Azərbaycan Beynəlxalq Sərgisinin XV yubileyi, həmçinin Azərbaycanda Uşaq İlinin tədbirləri çərçivəsində həyata keçirilir.

Aksiya çərçivəsində iştirakçılar əvvəlcədən hazırlanmış hissələrdən yelləncəklər və attraksion quraşdıracaq və onları uşaq meydançası üçün ayrılmış xüsusi ərazidə yerləşdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR