Azərbaycan Dövlət Kamera Orkestri Sumqayıtda konsert proqramı ilə çıxış edəcək

Azərbaycan Dövlət Kamera Orkestri Sumqayıtda konsert proqramı ilə  çıxış edəcək
# 26 oktyabr 2009 09:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Sumqayıtda konsert proqramı ilə çıxış edəcək. Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, orkestrin konserti oktyabrın 28-də Səməd Vurğun adına Mədəniyyət Sarayında baş tutacaq. Sumqayıtın 60 illik yubiley tədbirləri çərçivəsində baş tutacaq konsertdə orkestr Sumqayıt şəhər Bülbül adına 2 saylı Musiqi Məktəbinin müəllim və şagird heyəti ilə birgə çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR