TRACECA-nın Azərbaycan hissəsində yük daşınması 10% azalıb

TRACECA-nın Azərbaycan hissəsində yük daşınması 10% azalıb
# 26 yanvar 2010 09:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində 39,6 mln. ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% az yük daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində TRACECA-nın Azərbaycan hissəsində 188,4 mln. nəfər və ya 7,4% çox sərnişin daşınıb.

Bununla yanaşı bildirilir ki, yüklərin 44,3%-i dəmir yolu, 37,2%-i avtomobil, 18,5%-i dəniz nəqliyyatı ilə daşınıb və ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 23,2%-ni təşkil edib.

Daşımalardan 218,6 mln. manat gəlir əldə edilib, gəlirlərin 48,8%-i dəmir yolu, 26,8%-i dəniz, 24,4%-i isə avtomobil nəqliyyatının fəaliyyəti nəticəsində əldə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR