Bu gün İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycana səfərə gəlir

Bu gün İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycana səfərə gəlir
# 08 fevral 2010 07:56 (UTC +04:00)
APA-nın İsrail Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Aviqdor Liberman rəsmi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycandakı yəhudi icmasının üzvləri ilə görüşəcək. Görüşlərdə beynəlxalq siyasət və təhlükəsizlik mövzusunda bir sıra məsələlərin müzakirəsi gözlənilir. Səfər fevralın 11-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR